
Almaniya hökuməti administrasiyaya qarşı etirazlardan sonra ölkədəki "çox ciddi vəziyyəti" əsas gətirərək İrana ixrac kreditləri və investisiya zəmanətlərini dayandırıb.
525.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin açıqlamasında İran hakimiyyətinin etirazları yatırdıqdan sonra İranla ticarəti inkişaf etdirmək üçün nəzərdə tutulan ictimai tədbirlərin dayandırıldığı bildirilib. Nazirlik, İrana investisiya zəmanətlərinin dayandırıldığı və humanitar istisnalarla yanvar ayında ixrac kreditlərinin dayandırılacağı qeyd edib.
Qeyd edək ki, Almaniya hökuməti kreditləri alman şirkətlərinin xarici ölkələrə ixracına zəmanət verir, investisiya zəmanətləri isə müharibə və dövlət zəbtindən qoruyur.

Məhəmməd Tağıyev



