
Çin daha əvvəl 8,1 faiz olaraq elan edilən 2021-ci il Ümumi Daxili Məhsul (ÜDM) artımını yenidən nəzərdən keçirərək 8,4 faizə qədər yüksəldib.
525.az xəbər verir ki, Çin Milli Statistika Bürosu 2021-ci il ÜDM rəqəmini 556,7 milyard yuan artıraraq 114,9 trilyon yuana (16,5 trilyon dollar) çatdırıb. Düzəlişdən sonra 2021-ci ildə illik artım tempi 8,1 faizdən 8,4 faizə yüksəlib.
Qeyd edək ki, Çində illik ÜDM ilkin hesablamadan sonra yoxlama üçün bir daha hesablanır. Yoxlama zamanı nazirliklərin illik statistik məlumatları, yekun büdcə hesabları və inzibati uçotu nəzərə alınır.
Məhəmməd Tağıyev



