
Almaniyanın Avropa İttifaqının (Aİ) büdcəsinə xalis töhfəsinin ötən il rekord həddə çatdığı bildirilib.
525.az xəbər verir ki, Aİ-nin 2021-ci il büdcəsinə 25,1 milyard avro ilə ən çox töhfə verən ölkənin Almaniya olduğu bildirilib. 2020-ci ildə Almaniyanın xalis töhfəsi təxminən 19,4 milyard avro təşkil etmişdi. Bu rəqəmlə hökumətin Aİ-nin büdcəsinə töhfəsi rekord həddə çatıb, onu 12,4 milyard avro ilə Fransa izləyib. Avropanın üçüncü ən böyük iqtisadiyyatı olan İtaliyanın töhfəsi isə 3,2 milyard avro olaraq qalıb. Digər tərəfdən, Aİ-nin büdcə ayırmasının ən böyük xalis alıcısı təxminən 11,8 milyard avro ilə Polşa, 4,5 milyard avro ilə Yunanıstan və 4,1 milyard avro ilə Macarıstan olub.
Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması nəticəsində yaranan itkini kompensasiya etmək üçün Almaniya büdcəyə töhfəsini artırmaq qərarına gəlmişdi.
Məhəmməd Tağıyev



