
Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildiyi gündən bəri 19,4 milyard kubmetrdən çox Azərbaycan qazı Avropaya nəql olunub.
525.az-ın məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, bu gün, dekabrın 31-də Azərbaycandan TAP vasitəsilə qazın nəqlinə başlanmasından iki il ötür.



