
Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) rəhbəri Klaus Müller Almaniyada fövqəladə vəziyyət riski olmadan qışdan sağ çıxmaq üçün kifayət qədər təbii qazın olduğunu bildirib.
525.az xəbər verir ki, Müller Almaniyanın "Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə ölkədəki qaz anbarlarının qış mövsümünün sonuna qədər 50 faizdən çox dolacağını gözlədiklərini bildirib. Ölkədə qaz təchizatında problem olmadığını deyən Müller: "Bütün qeyri-müəyyənliyə baxmayaraq, bu qışda tərs bir şey gözləmirəm. İndi biz gələn qışa diqqət yetiririk", - deyib.

O, Almaniyada 47 qaz anbarının doluluq nisbətinin 90 faizi keçdiyini bildirərək: "Yanvar ayında doluluq nadir hallarda bu qədər yüksək olub", - deyə bildirib.
Qeyd edək ki, Alman Qaz Saxlama Təşəbbüsünün məlumatlarına görə, Almaniyada 25 şirkət tərəfindən idarə olunan 47 yeraltı qaz anbarının ümumi tutumu təxminən 24 milyard kubmetrdir.
Məhəmməd Tağıyev



