Almaniya iqtisadiyyatı 2022-ci ilin son rübündə enerji böhranı və rekord inflyasiya səbəbiylə əvvəlki rüblə müqayisədə 0,2 faiz kiçilib.
525.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) qabaqcıl məlumatlarına görə, Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ÜDM son rübdə bir əvvəlki rübə görə 0,2 faiz azalıb.
Üçüncü rübdə Almaniya iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,5 faiz böyümüşdü. Ölkənin ÜDM-i 2022-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 1,1 faiz artıb. Destatis açıqlamasında: "Alman iqtisadiyyatı çətin şərtlərə baxmayaraq keçən ilin ilk üç rübündə yaxşı çıxış etdikdən sonra 2022-ci ilin dördüncü rübündə iqtisadi göstəricilər bir qədər azaldı", - deyə bildirib.
Məhəmməd Tağıyev