Niderlandda yerləşən elektronika şirkəti "Philips", şirkətin zərər etməsi səbəbindən xərcləri azaltmaq üçün dünya üzrə 6000 işçini işdən çıxaracağını açıqlayıb.
525.az xəbər verir ki, "Philips"in 2022-ci ildəki satışları ilə bağlı verdiyi açıqlamada satışların azaldığı və şirkətin 1,6 milyard zərər etdiyi bildirilib. Açıqlamada şirkətin 2023-cü ildə dünya üzrə 6 min nəfəri işdən çıxaracağı söylənilib. Onların 1100 nəfərinin Niderlandın paytaxtı Amsterdam və Eyndhovendə olduğu qeyd edilib.
Qeyd edək ki, dünya üzrə 80 minə yaxın işçisi olan şirkət, xərcləri azaltmaq üçün ötən ilin oktyabrında 4 min nəfəri işdən çıxarmışdı.
Məhəmməd Tağıyev