Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarında aşağı səviyyəsində qərarlaşıb.
525.az APA-ya istinadən xəbər verir ki, 2 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 641,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (670,9 dollar) ilə müqayisədə 4,4% azdır.