
Qazaxıstanın qərbində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
525.az xəbər verir ki, Qazaxıstan Mülki Aviasiya Komitəsindən verilən yazılı açıqlamada, yerli vaxtla saat 16.00-da 5 nəfərlik heyət və bir sərnişinin olduğu Mİ-8 helikopterinin şəhərdən 54 kilometr uzaqlıqda qəzaya uğrayaraq boş əraziyə düşdüyü bildirilib.
Açıqlamada bildirilib ki, saat 19:00 radələrində hadisə yerinə gələn xilasetmə qrupu sərt eniş zamanı ekipajdan 4 nəfərin öldüyünü müəyyən edib və 2 nəfəri xilas edib. Helikopterdə olan sərnişinin Qazaxıstan Milli Neft Gəmiçiliyi Şirkətinin nümayəndəsi olduğu və şirkətin sifarişi ilə bölgədəki boru kəmərinə baxış keçirmək üçün havaya qalxdığı öyrənilib. Polis qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.
Malik Atilay



