
İranın qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Heyətinin saytında yer alan məlumata görə, episentri Xoy şəhəri olan 02:17-də 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentrinin Vanın Başkale rayonundan təxminən 47 kilometr aralıda olduğu müəyyən edilib.
Malik Atilay



