
Martın 6-da Türkiyənin bir neçə partiyasından ibarət “Millət İttifaqı” müxalifət bloku respublikanın birinci prezidentinin təsis etdiyi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu prezident seçkilərində vahid namizəd kimi irəli sürüb.
525.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Kılıçdaroğlunun adı müxalifətin Ankarada keçirilən mitinqində açıqlanıb.
İttifaq, həmçinin müxalifətin seçkidə qalib gələcəyi təqdirdə daha beş müxalifət partiyasının liderlərinin gücləndirilmiş parlamentar sistemə keçid prosesində vitse-prezident olacağını açıqlayıb.
Havar Şəfiyeva



