
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 4 bal gücündə zəlzələ baş verib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın paylaşdığı məlumata görə, zəlzələ saat 00:44-də yerin 7 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, zəlzələ moment ölçüsü ilə (MVt) qeydə alınıb.
Havar Şəfiyeva



