
"WhatsApp" mesajlaşma proqramı "Onlayn Təhlükəsizlik Aktı"na görə tezliklə Böyük Britaniyada qadağan oluna bilər.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, ana şirkət "Meta"nın "WhatsApp" rəhbəri Will Cathcart, Böyük Britaniyanın tezliklə təsdiqlənməsi gözlənilən "Onlayn Təhlükəsizlik Aktı" səbəbindən "WhatsApp"ı qadağan edə biləcəyini açıqlayıb.
Bildirilib ki, "Onlayn Təhlükəsizlik Aktı" tətbiqi hazırda xidmətdə mesajları qoruyan uçdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər. Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, "WhatsApp" bundan imtina edəcək və bununla da proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.
Başdan sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsizliyini təmin edir. Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir. Lakin bəzi ölkələr, o cümlədən Böyük Britaniya, mesajların qeyri-qanuni məzmunun yoxlanılmasından əvvəl bunun zəiflədilməli olduğunu iddia edir.
Malik Atilay



