Son dövrlərdə su itkilərinin bir hissəsi də bir müddət əvvəl Lökbatan və Yasamal rayonu ərazisində baş vermiş qəzalardır.
525.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, qəzalarda itkiyə gedən suyun uçotu dəqiq aparılıb:
"Təxminən 30-40 min kub su itkiyə getmişdi. Bakıya sudaşıyıcı kəmərlər istismar müddətini başa vurub. Bunların bərpası istiqamətində işlər aparılır".