(Əvvəli ötən şənbə sayımızda)
Mən inanıram ki, bu gün Amerika vətəndaşlarının xeyli hissəsi bu rəylərə şərik çıxardı. Və onlar ən azı özəl qaydada 1946-cı ildə də yaxşı sayda olan adamlar tərəfindən də bölüşülürdü. Lakin bu işin nəticəsi barədə heç bir siyasətçi danışmırdı, hökm elan ediləndən sonra və edama hazırlıq görüləndə, əlbəttə ki, heç kəs danışmırdı, ancaq Senator Taft danışdı.
Birləşmiş Ştatların Konstitusiyası Ohayodan olan Senatora siyasi qərarlar verməkdə bələdçilik edən İncil idi. Bu, onun mənbəyi, silahı və xilası idi. Konstitusiya göstəriş verəndə ki, heç bir “ex post facto qanunlarına” yol verilə bilməz, Bob Taft bu resepti daim müdriklik və universal tətbiq olunan kimi qəbul edirdi. Konstitusiya geniş təfsirə məruz qalmalı olan subyekt kimi sərbəst qaydada verilən siyasi vədlər toplumu deyildir. Bu, müvafiq qaydada tələb olunanda, asanlıqla kənara qoyulan və xoşa gələn bayağılıqlar siyahısı da deyildir. Bu, Amerikan hüquq və ədalət sisteminin bünövrəsi idi və ona məğlub edilmiş düşməni cəzalandırmaq üçün Konstitusiya reseptlərini kənara atan öz ölkəsinin mənzərəsi tərəfindən nifrət təlqin olunardı.
İndiyədək müəmmalıdır ki, niyə o, nəsə deməli idi? Nyurnberq mühakimələri Konqressin müzakirələrindən əvvəl vaxt olmayanda baş vermişdi. Onlar hansısa kampaniya düşüncəsində də bir məsələ deyildi. Burada həmin məsələ barədə heç bir Respublikaçı və Demokratik mövqe yox idi ki, onu bütöv millət həvəsli qaydada, alqışla qarşılamasın. Birləşmiş Ştatların hansısa Senatorunun güclü çıxışı yox idi ki, o ölüm hökmünün icrasını dayandıra bilsin. Lazımsız çıxış siyasi cəhətdən baha başa gələcəkdi və açıq surətdə boş şey olacaqdı.
Lakin Bob Taft danışdı.
6 oktyabr 1946-cı ildə Senator Taft bizim İngilis-Amerikan irsimiz barədə konfransın qarşısına çıxdı. Konfransa Ohayodakı Kenyon kolleci sponsorluq edirdi. Müharibə cinayətlərinin mühakiməsi elə məsələ deyildi ki, konfransda çıxış edənlərin buna şərhi gözlənilsin. Lakin Taft öz müraciətini “Qanun əsasında bərabər ədalət” adlandıraraq, özünün qorxulu romanı və dramatik yaxınlaşması ilə yüklənmiş ümumi həvəssizliyini kənara atdı. “Qaliblər tərəfindən məğlubların məhkəməsi” – əgər auditoriya nə yollasa təəccüblənsəydi, o, diqqətə layiq bir qaydada dedi: “Heç cür qərəzsiz ola bilməz, onda belə qayda necə ədalət formalarının həddində ola bilər”.
“Mən sual verdim ki, bu dar ağacından asılanlar nifrətə layiq olsalar da, alman xalqının liderləri idilər, təcavüzkar müharibə aparmaqla hətta pozulmuşdular da, çünki heç kəs qələbə çalmağı gözləmədən təcavüz müharibəsi aparmır. Bütöv mühakimənin özündə qisas ruhunun olduğu görünür və qisas nadir hallarda ədalətli ola bilər. Məhkum olunmuş on bir adamın dar ağacından asılması Amerikanın nüfuzu üzərinə bir ləkə olacaqdır və biz buna görə uzun müddət xəcalət çəkəcəyik.
Bu məhkəmələrdə Rusiyanın mühakimə etmək niyyəti ideyasını qəbul etdik – bu, dövlət siyasəti idi, heç də ədalət deyildi – onun İngilis-Sakson irsi ilə çox kiçik əlaqəsi vardır. Qanunu protsedura formasına bürünmüş siyasətlə biz, Avropada qarşıdakı illər üçün gələcək bütöv ədalət ideyasını gözdən saldıq. Son təhlildə, hətta qorxulu müharibənin sonunda, biz gələcəyə daha böyük ümidlə nəzər salmalıyıq, əgər ki, hətta bizim düşmənlərimiz inanırlar ki, biz qanunun bizim ingilis dilindəki konsepsiyasında onlara münasibət bəsləmişik”.
On günün içərisində Natsi liderləri asılmalı idilər. Lakin Bob Taft soyuqqanlılıqla danışaraq fakt məsələsini sıxılmış tonda dilə gətirirdi, hökmə görə peşimançılıq ifadə edirdi və vaxtilə Napoleona edilən kimi məcburi sürgün təklif edirdi və deyirdi ki, belə cəza daha müdrik addım olardı. Lakin hətta daha çox hüznlü cəhət o idi ki, mühakimələrin özü “Amerikan qanunun fundamental prinsipini pozurdu, çünki adam ex post facto maddəsi ilə mühakimə edilə bilməzdi”. Ohayo Senatoru təkid edirdi ki, Nyurnberq Amerikan Konstitusiyasının tarixinə ləkədir, düzgün və bərabər davranmaq barədə İngilis-Sakson irqindən ciddi surətdə uzaqlaşmaqdır, məhz həmin irs həqiqətən də bu ölkəni bütün dünyada hörmət edilən etmişdi. “Biz hətta bizim xalqı azadlığın və ədalətin sağlam prinsiplərinə öyrədə bilmirik” – deyə o, belə yekun vururdu. “Mən onları öyrədə bilmərəm ki, Almaniyadakı hökumət azadlığı və ədaləti əzən idi. Bunu görürəm ki, ingilis dilli xalqlar bir böyük məsuliyyətə malikdir. Bu adamların düşüncəsini qanun əsasında bərabər ədalətə həsr etməyi bərpa etmək idi”.
Çıxış vaxt etibarilə qızışmaqda olan seçki kampaniyasının ortasına təsadüf etdi və hər yerdə Respublikaçı milli namizədlər sığınacaq tapmaq üçün vurnuxurdular. Bu vaxt Demokratlar irəliləmək imkanından istifadə etdilər. Çox, çox sayda adamlar Taftın qeydlərinə qəzəblənmişdi. Almanları geri oturtmaq üçün vuruşmuş adamlar və vuruşmuş, lakin güman ki, həyatdan köçmüş adamlar üçün təcavüzkarlar barədə siyasətçilərin yaxşı kəlmələri nifrətedici qaydada qarşılanırdı, bu siyasətçilər isə heç vaxt döyüşü görməmişdilər. Hitler və onun kohortası tərəfindən terrorizə edilən həmvətənləri yəhudilərin, polyakların, çexlərin və digər milli qrupların arasında olanlar şokda idilər. Buhenvalddakı və digər natsist ölüm düşərgələrindəki qaz kameraları barədə xatirələr, Nyurnberqdəki yeni illustrasiyalarla təzələnən iyrənc vəhşilik əhvalatları və müharibə itkilərinin yeni siyahısı ilə əmələ gələn ağrı və əzab minlərlə amerikalının evlərinə daxil olurdu – bunlar ölçüyə sığmayan ağır təsirlərin arasında çoxlu ağrı və nifrət doğururdu, bu vaxt Birləşmiş Ştatların Senatoru isə bu sadəcə “əclaf” adamların mühakiməsinə və hökmə məruz qalmasına peşimançılığını bildirirdi.
Hər bir Prezident seçkisində ən mühüm ştat olan Nyu-Yorkda və müxtəlif millətlərin və milli azlıq qruplarının baxışlarına xüsusilə səmimi olan siyasətin aparıldığı şəraitdə Demokratlar şadlanırdılar. Respublikaçılar isə hirsli və qaş-qabaqlı idilər. 1944-cü ildə Respublikaçıların Prezidentliyə namizədi və partiyaya nəzarət üstündə və 1948-ci ildəki seçkidə namizəd göstərilməyə görə Taftın ən qəzəbli rəqibi, Nyu-York Qubernatoru Tomas E.Deuey bəyan etmişdi ki, hökmlər ədalətlidir və bu bəyanatda Nyu-York Respublikaçıları Senata namizəd olan İrvinq İvzə qoşulmuşdular, o, demişdi: “Nyurnberqin müttəhimləri düzgün və geniş mühakimə olundular. Dünyaya aqoniya gətirən bu natsist “liderlərinə heç kəs rəğbət bəsləmir”. Nyu-Yorkdakı Demokratik ştat kampaniyasının meneceri Tafta çağırışla müraciət etmişdi ki, “bu ştata gəl və natsist müharibə cinayətkarlarının həyatına haqq qazandırmağına görə tövbə et”.
“Demokratik partiya tam hüquqa malik idi ki, soruşsun ki, əgər ictimaiyyət milli administrasiya növünü və ya ştat administrasiyasının növünü tapmaq istəyirsə, Senator Taftın yaxşı münasibətləri mövcuddursa, Taftın qeyd etdiyi kimi, o, istəyir ki, cəzalandırılmış natsistlərin həyatına aman verilsin və o, natsist qatillərinin ölüm hökmünü yüngülləşdirmək barədə Respublikaçıların təbliğat kampaniyasından ötəri yaxşı yol hazırlaya bilər”.
Nyu-York Respublikaçılar Konqressinin namizədi Ceykob K.Ceyvits Tafta teleqram göndərərək, onun bəyanatını “gələcək sülh naminə bütün mübarizə aparanlara xətər toxunduran” adlandırmışdı. Birləşmiş Ştatlar Senatına Demokratik namizəd Nyu-Yorkda Taftın bəyanatına görə dərin şok keçirdiyini ifadə edirdi və qeyd edirdi ki, onun əminliklə danışması “düzgün fikirləşən və yaxşı ağıla malik olan Amerikanlar tərəfindən rədd ediləcəkdir”. Qubernatorluğa namizəd isə öz auditoriyasına demişdi ki, “əgər Senator Taft hətta natsist ölüm düşərgələrinin qurbanlarını görsəydi, heç vaxt belə bəyanat verməyə qadir olmazdı”.
Hətta milli paytaxtda da, haradakı Tafta böyük valeh olunma var idi və onun sərt qərəzsizliyi az-çox gözlənilən idi, reaksiya heç də fərqli deyildi. G.O.P. (Great Old Party – “Böyük Qoca partiya”, Amerikada Respublikaçılar partiyası çox vaxt belə adlanır – tərcüməçi) liderləri ümumiyyətlə şərh verməyə meyl etdilər, lakin özlərinin Konqress namizədləri üçün nəticələrdən özəl qaydada qorxularını əks etdirirdilər. Mətbuat konfransında Respublikaçıların Konqress Kampaniyası Komitəsinin sədri bu məsələni şərh etməkdən imtina etdi, bəyan etdi ki, Nyurnberq müttəhimləri barədə “öz ideyalarına” malikdir, lakin “Senator Taftla ziddiyyətə girməyi arzulamır”.
Ancaq Demokratlar sevinirdilər, baxmayaraq ki, şok qaydasındakı fasadın arxasında öz şadlıqlarını gizlədirdilər. Həftəlik mətbuat konfransında Prezident Trumen təbəssümlü qaydada bildirdi ki, bu məsələ üstündə Senator Taft və Qubernator Deuey arasındakı vuruşun baş tutmasına sevinəcəkdir. Demokratik çoxluğun Senatdakı lideri və sonrakı vitse-prezident – Kentakkidən olan Alben Berkeli kampaniya üçün yığılmış auditoriyaya dedi ki, Taft “heç vaxt 1932-ci ildə şorba mətbəxləri barədə ürək kreşendosuna (musiqidə səsin güclənməsi. Burada ürəyin sürətli vurması nəzərdə tutulur – tərcüməçi) məruz qalmamışdır, ancaq onun ürəyi Nyurnberqdəki cinayətkarlara görə ağrı ilə qan axıdır”. İllinoysdan olan Senator Skott Lukasın bəyanatı isə tipik bir Demokratik reaksiya idi, o, Taftın çıxışını “onun ortabab və qarışıq düşüncəsinin klassik nümunəsi” adlandırmışdı və qabaqcadan xəbər verirdi ki, bu, “1948-ci ildəki Prezidentlikdən ötəri olan canlanma üçün bumeranq rolunu oynayacaqdır”.
“İkinci Dünya müharibəsinin 11.000.000 vuruşan veteranı mister Tafta cavab verəcəkdir... Mən şübhə etmirəm ki, Respublikaçıların Milli Sədri Senatora icazə verəcəkdir ki, indi o, bir daha hansısa bir çıxış etsin, çünki Taft məhkəmələri Amerikan nüfuzuna ləkə adlandırmışdır...Nə Amerika xalqı, nə də tarix bununla razılaşmayacaqdır... Senator Taft buna inansa da, inanmasa da, on milyon adamı qətlə yetirməyə görə məsuliyyət daşıyan bu cinayətkarları müdafiə etmişdir”.
Hətta Taftın Ohayodakı mahalında, haradakı onun sərt konstitusionalizmi ona nəhəng populyarlıq qazandırmışdı, Senatorun çıxışı qəzəbə, utanmaya və siyasi əks-sədaya səbəb oldu. Respublikaçıların Senatorluğa namizədi, keçmiş qubernator Con Briker, nəinki Taftın yaxın müttəfiqi idi, həm də Qubernator Deueyin yanında 1944-cü ildə Vitse-Prezidentliyə namizəd olmuşdu. Onun Demokratik opponenti, üzərinə Senator vəzifəsi həvalə edilmiş Ceyms Haffman Brikerə səsləndi ki, ya Taftla ya da Deueylə bir yerdə dayan, həm də bəyan etmişdi:
“Ölkə müasir müharibənin bəlasından əziyyət çəkmişdir, 300.000-dən çox ən yaxşı adamını itirmişdir və 300.000.000.000 dollar məbləğindəki resurslarını xərcləmişdir, çünki bu ittiham edilən qanqsterlər öz hərəkətlərinə görə heç vaxt hiss edə bilməmişdilər ki, qarşılaşacaqları hökmlər də elə sərt olacaqdır... Bu elə bir vaxtdır ki, beynəlxalq cinayətlərə görə cəza zəifləməməlidir. Belə tənqid, hətta əgər ədalətli olsa belə, beynəlxalq tribunallar təsis ediləndə təklif edilməli idi”.
Toledonun “Blade” qəzeti öz oxucularına deyirdi ki, “çox sayda digərləri kimi bu məsələ barədə Senator Taft göstərmişdir ki, o, qəribə ağıla malikdir. Onun köməyi ilə hər şeyi görür və praktiki olaraq heç nəyi başa düşmür...”.
Klivlendin “Plain Dealer” qəzeti yazırdı ki, Taft “texniki cəhətdən dəqiq ola bilərdi, lakin dönüb dünyadakı bütün tarix boyu ən pis boğazkəsənlər dəstəsinin sərbəst buraxılması, belə ümidsizliklə qurulmasına bəşəriyyətin ehtiyacı olduğu prinsiplərin dünyaya verilməsini uğursuzluğa düçar edəcəkdir: təcavüzkar müharibəni planlaşdıran və başlayan prinsip isə aydın şəkildə bəşəriyyət əleyhinə cinayətdir”.
(Ardı var)