
Milliyətçi Hərəkat Partiyasından əslən Zəngəzurdan olan Dr. Əsmayə Yamən qızı Novruzova Özörmenoğlunun Türkiyə Böyük Millət Məclisinə namizədliyi təsdiqlənib.
525.az xəbər verir ki, Əsmayə Novruzova Özörmenoğlu 1977-ci ildə Qərbi Azərbaycanın Zəngəzur Mahalının Qarakilsə rayonunun Şəki kəndində anadan olub. 1988-ci ildə Ermənistanın azərbaycanlıları öz yurdlarından deportasiya etməsi nəticəsində ailəsi ilə birlikdə qaçqın olaraq, Bakı şəhərində məskunlaşıb. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olan Əsmayə Novruzova universiteti bitirdikdən sonra uşaq xəstəxanasında şöbə müdiri və baş həkim əvəzi vəzifələrində işləyib. 2017-ci ildə Ankara Universitetində təhsil alıb. 2018-ci ildən Türkiyədə yaşayır.
Milliyətçi Hərəkat Partiyasından millət vəkilliyinə namizədliyi irəli sürülən Dr. Əsmayə Novruzova Özörmenoğlu namizədliyi ilə bağlı açıqlamasında: “Seçki fəaliyyətlərimi partiyamızın və Türk Dünyasının müdrik Lideri Dövlət Bağçalının tövsiyələrinə uyğun olaraq icra edəcəyəm. Əsas qayəm vətənpərvərlik, türkçülük, turançılıq ideyasının yüksək mənəvi dəyərlərini yaymaq, "Türkiyə Yüz İli Vizyonu"na, "Türk Dövlətləri Təşkilatı"nın fəaliyyətlərinə töhfə verməkdir”, - deyib.



