
Rusiya Müdafiə Nazirliyi qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini açıqlayıb.
525.az Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, ölkənin cənubundakı Həştərxan bölgəsindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin atıldığı bildirilib.
Açıqlamada raketin sınaq atışının uğurla həyata keçirildiyi vurğulanaraq: “Atışda məqsəd qabaqcıl qitələrarası ballistik raket avadanlığının sınaqdan keçirilməsi idi”, - deyilib. Sınaq atışının həyata keçirildiyi raketin adı ilə bağlı məlumat verilməyən açıqlamada raketin Qazaxıstanın Sarı-Şaqan poliqonunda hədəfi vurduğu bildirilib.
Malik Atilay



