
İran ordusunun döyüş bölmələri ölkənin müdafiə sənayesi tərəfindən istehsal olunan 200-dən çox uzaq mənzilli pilotsuz uçuş aparatını (PUA) təhvil alıb.
525.az İran mediasına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi və ordunun əməkdaşlığı ilə istehsal olunan 200-dən çox uzaqmənzilli strateji PUA ölkənin müxtəlif bölgələrində keçirilən mərasimlərdə ordu hissələrinin xidmətinə verilib. Mərasimlərdə "Ebabil-5", "Ebabil-4 Areş", "Jet Kerrar", "10 Şehirver", "Ahger", "Switchblade", "Homa" kimi hərəkətli və sabit hədəfləri vura bilən, uzaq mənzilli bomba daşıyan müxtəlif növ kəşfiyyat və hücum PUA-ları təhvil verilib.
Qeyd edək ki, mərasimlə bağlı dövlət televiziyasında yayımlanan görüntülərdə İranın Ukrayna müharibəsində istifadə üçün Rusiyaya göndərdiyi iddia edilən kamikadze tipli PUA-ların olduğu görülüb.

Məhəmməd Tağıyev



