
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani nazirliyin rəsmi internet saytının ələ keçirildiyini bildirib, lakin sənədlərin, məlumat bazasının ələ keçirildiyi iddialarını təkzib edib.
525.az İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına əsasən bildirir ki, Kənani Xarici İşlər Nazirliyinin internet saytının sındırılması ilə bağlı açıqlama verib. Saytın interfeysinin kiberhücuma məruz qaldığını bildirən Kənani, lazımi ehtiyat tədbirlərinin alındığını və bütün xidmət sistemlərinin aktiv şəkildə ictimaiyyətə açıldığını qeyd edib.
İran mətbuatında yer alan xəbərə görə, bir hacker qrupunun hücumu nəticəsində Xarici İşlər Nazirliyinin internet saytı bir müddət fəaliyyətini dayandırıb. Hücumu həyata keçirən qrup nazirliyin bir çox məxfi sənədlərini ələ keçirdiyini iddia edib. Ələ keçirilən məlumatlar arasında şəxsiyyəti təsdiq edən sənədlər, nazirliyin yazışmaları, telefon nömrələri və minlərlə nazirlik əməkdaşının siyahısı olduğu iddia edilib.
Sındırılmış saytın ana səhifəsində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərinin fotoları ilə yanaşı bir müddət “Xamneyiyə ölüm, yaşa Rajevi” ifadəsi də peyda olub.
Qeyd edək ki, "Kıyam ta Serneguni” adlı hacker qrupu daha əvvəl İslam Mədəniyyəti və Ünsiyyət Qurumunun internet saytını sındıraraq 200 min fayl və sənədi ələ keçirdiklərini iddia etmişdi.
Malik Atilay



