
Rusiyanın Ural bölgəsində baş verən meşə yanğınlarında ölənlərin sayı 21 nəfərə çatıb.
525.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya meşə yanğınları ilə mübarizə aparır. Ural bölgəsində baş verən yanğınlar nəticəsində yüzlərlə evə ziyan dəyib. Çox sayda insan evlərindən təxliyə edilib. Ölənlərin sayı 21-ə yüksəlib.
Qazaxıstanla sərhəddə yerləşən Kurqan rayonunda 46 şübhəli müəyyən edilib. 7 nəfərə qarşı iddia qaldırıldığı qeydə alınıb. Təqsirləndirilənlərdən bəzilərinin 18 yaşdan kiçik olduğu bildirilir.
Qeyd edək ki, hələlik yanğının səbəbi məlum deyil.
Malik Atilay



