
Rusiyanın neft və təbii qaz gəlirlərinin bu ilin yanvar-aprel dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalaraq 2,3 trilyon rubla (təxminən 30,2 milyard dollar) çatdığı açıqlanıb.
525.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada bu ilin yanvar-aprel dövründə ölkədə büdcə kəsirinin 3,4 trilyon rubl olaraq reallaşdığı bildirilib. Büdcə gəlirlərinin əvvəlki ilə nisbətən 22 faiz azalaraq 7,8 trilyon rubla qədər azaldığına diqqət çəkilib. Yanvar-aprel dövründə Rusiyanın neft və təbii qaz gəlirlərinin 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalaraq 2,3 trilyon rubla çatdığı ifadə edilərək, sözügedən azalmanın əsas səbəbi kimi yüksək baza effekti göstərilib.
Qeyd edək ki, ötən il sanksiyalara görə Rusiya büdcəsində 3,3 trilyon rubl kəsir olduğu halda, Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün öz ehtiyatlarından yuan və qızıl satır.

Məhəmməd Tağıyev



