
Mayın 13-də Rusiyanın Braynsk vilayətində “Su-34” qırıcısının qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirib ki, pilot və şturman katapultasiya edə bilməyərək həlak olublar. Qəzanın səbəbi araşdırılır.
Qeyd edək ki, mayın 13-də Brayanskda “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Bəzi mənbələr qırıcı və helikopterin vurulduğuna dair informasiya yayıb. Rusiya rəsmiləri bunu şərh etməyib.



