
Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 4 maqnitudalı zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, zəlzələnin episentri 7,47 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 23:54-də qeydə alınıb.



