
"Məndə olan məlumata görə, səsvermə prosesi problemsiz davam edir".
525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş bölgələrdə səsvermə prosesinin problemsiz keçirilməsidir: "Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür".
R.T.Ərdoğan söyləyib ki, seçkilərin nəticəsini İstanbuldan izləyəcək.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.



