
“Türkiyədə prezident və parlament seçkilərində hər hansı mənfi hal qeydə alınmayıb”.
525.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener səsvermə başa çatandan sonra ilk açıqlamasında deyib.
O, indiyə qədər hansısa neqativ hadisənin baş vermədiyini söyləyib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.



