
Türkiyədə prezident seçkilərinin birinci turunun yekun nəticəsi 19 mayda açıqlanacaq.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Əhməd Yenər mətbuat konfransı zamanı bildirib.
Sədr bildirib ki, ölkə daxilində seçkilərdə seçici aktivliyi 88,92%, ölkə xaricində isə 52,69% olub.
Əhməd Yenər, həmçinin əlavə edib ki, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 23 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq.



