
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi 6-sı hipersəs olmaqla 18 raketlə hədəfə aldığı və bütün raketlərin vurulduğu açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiya ordusu tərəfindən ümumilikdə 18 raketin atıldığı və hamısının zərərsizləşdirildiyi açıqlanıb. Bildirilib ki, raketlərdən 6-sı hipersəsli “Kinjal” raketi, 9-u “Kalibr” qanadlı raketi, 3-ü isə qurudan atılan raketdir.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat Kinzhalk raketlərinin MiQ-31K təyyarələrindən, Kalibr qanadlı raketlərinin isə Qara dənizdəki gəmilərdən atıldığını bildirib. İhnat, paytaxt Kiyevin qurudan atılan 3 qanadlı raket də daxil olmaqla cəmi 18 raketlə hədəf alındığını vurğulayıb.
Bundan əlavə, raketlərin qalıqları Kiyevdə bir çox məhəllələrin üzərinə düşüb, Solomyanskidəki binada isə yanğın baş verib. Kiyev meri Vitali Kliçko 3 nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, Rusiyanın bu hücumu may ayı Kiyevə edilən 8-ci hava hücum olub.
Fərid Sançar



