
Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina sanksiyalara görə Rusiya maliyyə sektorunun daha da qapalı olduğunu qeyd edərək: “Həm dost, həm də dost olmayan ölkələrdən sərmayədarları cəlb etmək üçün indiki şəraitdə Rusiya maliyyə sektorunun qlobal bazarlarla əlaqəsini saxlamalıyıq”, - deyib.
525.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina paytaxt Moskvada keçirilən “Rusiya Birjası” tədbirində çıxışında Rusiyanın Qərb ölkələrində dondurulmuş aktivləri ilə bağlı müxtəlif ssenariləri dəyərləndirdiklərini bildirib.
Aktivləri dondurulan bəzi Rusiya şirkətləri üçün müxtəlif tədbirlər həyata keçirdiklərini qeyd edən Nabiullina: "Dondurulmuş aktivlərin (Rusiyada dondurulmuş aktivlərlə) kollektiv şəkildə mübadiləsi siyasi məsələdir və bütün tərəflərin razılığı lazımdır. Bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm”, - deyib.
Nabiullina həmçinin bildirib ki, Rusiya şirkətləri dondurulmuş aktivlərin təxminən 3 trilyon rublunu (təxminən 37,5 milyard dollar) geri ala bilib.
Fərid Sançar



