
Rusiyanın Bryansk vilayətində “Su-34” tipli döyüş təyyarəsi və “Mi-8” tipli helikopterin qəzaya uğrayıb.
525.az Rusiyanın TASS xəbər agentliyinə istinadən bildirir ki, yerli fövqəladə hallar xidmətinin rəsmilərinin verdiyi açıqlamaya görə Bryansk vilayətində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü bildirilib.
Helikopterin mühərrikin alışması nəticəsində qəzaya uğradığı iddia edilib.
Qeyd edək ki, eyni bölgədə Ukrayna sərhədi yaxınlığında Su-34 qırıcısı qəzaya uğrayıb və göyərtəsində olanların taleyi açıqlanmayıb.
Malik Atilay



