
İstanbul Hava Limanı keçən həftə gündəlik orta hesabla 1419 uçuşla Avropanın ən işlək hava limanı olub.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 9-15 May tarixləri üçün Avropa Aviasiya Hesabatını dərc edib.
Məlumatlara görə, İGA tərəfindən idarə olunan İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1419 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul hava limanını gündəlik 1325 uçuşla Amsterdam, 1310 uçuşla Paris-Şarlz de Qoll, 1287 uçuşla London Hitrou və 1252 uçuşla Frankfurt izləyib.
Qeyd edək ki, Avropanın ən yaxşı 10 hava limanı arasında yalnız İstanbul və İspaniyanın Palma de Mallorca hava limanında uçuşların sayı 2023-cü ildə 2019-cu ilin səviyyəsindən yuxarı olub. İstanbul Hava Limanı gündəlik uçuşların sayını 2019-cu ilə nisbətən 24 faiz, 2022-ci ilə nisbətən isə 20 faiz artıraraq birinci yeri tutub.
Qoşqar Bəylərov



