
“Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi”.
525.az yerli mediaya istinadən xəbər verir ki, bunları Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib: “Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi”.
“Kamal bəy (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu - red.) Cənub dəhlizini (layihəsini - red.) millətə yeni bir iş görmüş kimi göstərdi. (Layihədə - red.) Azərbaycan haradadır?”, - Binəli Yıldırım vurğulayıb.



