
“Layihələrimizin yarımçıq qalmaması üçün 28 may çox vacibdir”.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışında deyib.
Ərdoğan vətəndaşları səsverməyə çağırıb: "Arxayınlaşmaq olmaz. Əksinə, səslərimizə yenidən sahib çıxacağıq. Mən sizə inanıram!".
Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İlk turda bu namizədlərdən Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
Qoşqar Bəylərov



