Fransada hökumət aşağı büdcəli kilsələri qorumaq və bərpa etmək üçün ianə kampaniyasına başlayıb.
525.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamaya görə, Prezident Emmanuel Makron dünən Normandiya sahillərində UNESCO-nun Ümumdünya İrs siyahısında yer alan Mont Saint-Michel kilsəsinin tikintisinin 1000-ci ildönümü mərasiminə qatılıb. O, ölkədəki mədəni strukturları qorumaq üçün genişmiqyaslı yardım kampaniyasına göstəriş verib. Fransa Mədəniyyət Nazirliyinin dəstəyi ilə 50 minə yaxın ibadət yerinin 10.500-nün qorunduğu ölkədə, Yelisey Sarayı xüsusilə az məskunlaşan ərazilərdə kilsələrin sağ qalması üçün geniş miqyaslı yardım kampaniyası həyata keçirib.
Qeyd edək ki, toplanan ianələrin 2019-cu ilin aprelində yanan və bərpa işləri davam edən Parisdəki tarixi Notr-Dam Katedralı üçün də istifadə olunacağı nəzərdə tutulur.
Məhəmməd Tağıyev