Şabran rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Gülməli kəndində qeydə alınıb. Kənd sakini Xubnaz İlyasovanın evində kürəkəni Kamran Qarayev ailə-məişət münaqişəsi zəminində arvadı Leylaya bıçaq xəsarəti yetirib.
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Qarayayev tutulub.