
Bakıda daha bir nəfər dənizdə batıb.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb. 67 yaşlı Malik Səfərov dənizdə çimərkən boğularaq ölüb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



