Polşanın Kuryer Poludnyovı qəzetində Azərbaycan Muğamı haqda məqalə dərc edilib.
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, məqalədə Azərbaycan muğam musiqisinin qədim tarixə malik olması və UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilməsi qeyd olunur.
Muğam musiqisinin ifa edilməsində istifadə olunan hər bir alət və xanəndənin oxuma tərzi haqqında oxuyucuya ətraflı məlumat verilir. Azərbaycan muğamının dünya incəsənət inciləri xəzinəsinə əvəzolunmaz tövhə verməsi qeyd olunur.
Kuryer Poludnyovı qəzeti Xəzər rayonu ilə qardaşlaşmış Pruşkov rayonunda buraxılır.