|
|
|
|

Belarusda Rusiyaya süd ixrac edərkən korrupsiya sxemləri üzə çıxıb - şirkətlər nəzarət edilən Rusiya müəssisələrinə minimum qiymətlərlə məhsul verir, sonra isə malları son istehlakçılara daha yüksək qiymətə satırlar.
525.az "BelTA"ya istinadən xəbər verir ki, belə mexanizm Belarus şirkətlərinə satışdan daha az vergi ödəməyə də imkan verir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bəzi tədarükçülər rüşvət yolu ilə süd məhsullarını daha ucuz qiymətə almaq imkanı əldə ediblər. Lukaşenko qeyd edib ki, belə bir cinayət sxemi ölkə hökumətinin məhsul satışı sistemini inkişaf etdirmədiyi üçün mümkün olub.
Dövlət başçısının sözlərinə görə, şübhə altındakı 8 şirkətə sxemin həyata keçirilməsində müəssisə rəsmiləri və dövlət qurumları köməklik göstəriblər.
Qeyd edək ki, Lukaşenko istintaqın davam etdiyi müddətdə ad çəkməyəcəyini, lakin cinayətkarlar arasında hökumət üzvlərinin də olduğunu açıqlayıb.
Havar Şəfiyeva



