|
|
|
|

Diyarbəkirin Kulp rayonunda aparılan arxeoloji qazıntılar zamanı 46 məzarın olduğu 1500 illik kilsənin qalıqları aşkar edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, rayonun müxtəlif ərazilərində aparılan səth araşdırmaları zamanı Bizans imperatoru I Anastasius dövrünə aid sikkə tapılıb.
Qazıntı zamanı ərazidən sikkələr, yağ lampaları, sütunlar və altlıqlar kimi artefaktlar aşkar edilib, işin cəmləşdiyi yerdə isə bina xarabalıqları müəyyən edilib.
Qeyd edək ki, xarici divarları üzə çıxan binanın kilsə olduğu müəyyən edilib. Qruplar kilsə daxilində apardıqları işlər zamanı binanın müxtəlif yerlərində yayılmış məzarlıqlara çatıblar.

Malik Atilay



