|
|
|
|

Kreml Rusiya lideri Vladimir Putinin BRİKS-in fövqəladə sammitində İsrail və HƏMAS qruplaşması arasında münaqişə ilə bağlı çıxışını dərc edəcək.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Düşünürəm ki, Cənubi Afrika Prezidenti Ramafosanın qısa açılış bəyanatı və çıxışı olacaq. Bilmirəm, Ramafosanın çıxışını nə dərəcədə ictimailəşdirəcəklər. Amma Prezident Putinin çıxışına gəlincə, o, əlçatan olacaq və biz onu açıq paylaşacağıq”, - deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, dövlət başçılarının çıxışları ilə keçirilən fövqəladə sammitin yekunlarına əsasən, birgə bəyanat qəbul olunacaq. Görüş assosiasiyaya sədrlik edən Cənubi Afrika Respublikasının təşəbbüsü ilə videokonfrans formatında keçiriləcək.
Havar Şəfiyeva



