|
|
|
|

Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidneti Pyotr Poroşenko arasında telefon danışığı olub.
525.az-ın Modern.az-a istinadən məlumatına görə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Məlumata görə hər iki lider Ukraynanın cənub-şərqindəki gərgin vəziyyətin nizamlanmasını müzakirə ediblər.
Kreml rəhbəri Vladimir Putin Rusiyanın böhranın sülh yolu ilə tənzimlənməsi üçün hazırlıqlarını təsdiq etdiyini bildirib.



