|
|
|
|

Sentyabrın 12-də Yalta Avropa Strategiyasının Kiyevdə keçirilən 11-ci forumunda çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın işğal etdiyi Krım vilayətindən danışıb.
“Media forum” saytının məlumatına görə, Poroşenko deyib:
“Deyirlər ki, biz Krımı itirmişik. Yox, Krıma soxulublar. Krım yenə bizim olacaq, amma hərbi yolla yox. Biz krımlıların rəğbətini qazanmaq üçün iqtisadi, liberal, demokratik yarışda qalib gələcəyik. Çünki rüşvətə uymayacağıq, demokratik və azad olacağıq. Ukraynanın Krımdan kənar ərazisində həyat səviyyəsi daha yaxşı olacaq. Krımlıların rəğbətini qazanmaq üçün bu, yeganə üsuldur və belə variant bizi Donbasda da qalib edəcək”.
Bu ilin fevral-mart aylarında Rusiya Qərblə sıx inteqrasiya yolu seçən Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
İyun ayından Ukrayna Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücuma keçib.
Minlərlə insan itkisinə başa gələn əməliyyatlarda Donetsk və Luqansk vilayətlərinin bir hissəsi azad olunub.
Sentyabrın 3-də Donbas bölgəsində atəşkəs elan olunub.



