2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 73 987 metrə yaxın qazma işləri həyata keçirilib.
525.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Bildirilib ki, bu, 2022-ci ilin nəticələri ilə müqayisədə 903 metr və ya 1,2 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə SOCAR tərəfindən 73 084 metr qazma işləri həyata keçirilib.