|
|
|
|

Rusiya paytaxtının Basmannı Rayon Məhkəməsi sentyabrın 12-də erməni biznesmen Levon Ayrapetyanın həbs müddətinin uzadılması işinə baxıb.
“Media forum” saytının məlumatına görə, prosesdə istintaqın biznesmenə yeni ittiham irəli sürdüyü açıqlanıb. Erməni iş adamı 700 min dolları ələ keçirməkdə, dələduzluqda ittiham olunur.
Moskvanın Basmannı Rayon Məhkəməsi Levon Ayrapetyanın həbsinə bu il iyulun 17-də qərar verib. İyulun 15-də tutulan Levon Ayrapetyan pul vəsaitlərini talamaqda, çirkli pulların yuyulmasında təqsirli bilinir.
Erməni diasporunun ən varlı nümayəndələrindən olan Levon Ayrapetyan 1949-cu ildə Dağlıq Qarabağın Vəng kəndində doğulub. O, Dağlıq Qarabağda separatçı rejimin yaradılmasında və maliyyələşməsində fəal iştirak edib.



