|
|
|
|
İranın Borujen şəhərində magistral qaz kəmərində partlayış baş verib.
525.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi yanğınsöndürmə xidmətlərinə istinadən yazır.
Partlayışın yanğına səbəb olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər gəlib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Qeyd edək ki, şəhərin meri Fəth Kərəmi bildirib ki, sözügedən xəttlə qaz verilişi dayandırılıb.
Havar Şəfiyeva