|
|
|
|

Almaniya kansleri Olaf Şolts müqəddəs Ramazan ayı ərzində Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsinin vacibliyini açıqlayıb.
525.az bu barədə “Report”-a istinadən məlumat yayıb.
“Yaxşısı Ramazan ayında atəşkəsə nail olmaqdır. Belə bir atəşkəs nəhayət, israilli girovların azad edilməsinə və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verməlidir”, - Şolts bildirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından etibarən Yaxın Şərqdə HƏMAS-la İsrail arasında müharibə gedir.



