|
|
|
|

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə yaranan texniki nasazlıq nəticəsində təxminən 50 nəfər xəsarət alıb.
525.az xəbər verir ki, Sidneydən Oklendə uçan "Latam Airlines"a məxsus təyyarə texniki nasazlıq səbəbindən havada olarkən güclü silkələnmə yaşayıb. Təyyarədə baş verən silkələnmə nəticəsində 50-ə yaxın sərnişin xəsarət alıb.
Belə ki, Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, texniki nasazlıqla bağlı təfərrüatlara yer verilməyən açıqlamada hadisə ilə bağlı təəssüf ifadə edilib.
Məhəmməd Tağıyev



