https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
30 Aprel 2024

Qvardioladan Peresə mesaj

Qvardioladan Peresə mesaj

“Düşünürəm ki, yaxşı oyun oldu. "Real"a qarşı oynamaq çətindir, çünki onlar çox yaxşı müdafiə olunurlar və hücum sürətləi inanılmazdır. Həmişə bu komandaya qarşı qol buraxırsan. Vəziyyətə nəzarət etmək şansınız yoxdur.  "Mançester Siti"dəki ilk illərimdə belə bir matç oynasaydıq, 1:4 və ya 1:5 hesabı ilə uduzacaqdıq. Komandamın mental səviyyəsi yaxşıdır". 

QOL.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Real"la 3:3 hesablı heç-heçə etdikləri ilk oyundan sonra deyib.

Mütəxəssis "Santyaqo Bernabeu" stadionun ot örtüyündən narazılığını ifadə edib: "Onlar damı bağladılar, mən səmaya baxmağa üstünlük verirəm. Stadion həqiqətən təsiredicidir, lakin Florentino Peres ot örtüyünü düzəltməlidir".

Qvardiola Madrid təmsilçisi ilə cavab görüşü haqda da danışıb: “Bizim azarkeşləriniz var, bütün biletlər satılıb. Onların hamısının enerjisinə ehtiyacımız var ki, bu yarışın kralını məğlub etməyə çalışaq. Mançesterdəki insanlarımızla biz bunu edəcəyik, insanlar orada olacaq”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.