https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
1 May 2024
30 Aprel 2024

Nicat Abasov yenə məğlub olub -   İddiaçılar Turniri

Nicat Abasov yenə məğlub olub -   İddiaçılar Turniri

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

525.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VI turda Rameşbabu Praqnanandha (Hindistan) ilə qarşılaşıb.

Qara fiqurlarla oynayan milli üzvü rəqibinə məğlub olub - 0:1.

Altı turdan sonra hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.