https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
30 Aprel 2024

İki nəhəng klubun futbolçuları telekanalı boykot etdilər

İki nəhəng klubun futbolçuları telekanalı boykot etdilər

"Barselona" və PSJ-nin futbolçuları Çempionlar Liqasının dünənki 1/4 oyunundan sonra İspaniyanın "Movistar+" telekanalını boykot ediblər.

QOL.az xəbər verir ki, bu barədə “El Conficial” məlumat yayıb.

Mənbənin sözlərinə görə, texniki zonada eksklüziv müsahibə almaq hüququ olan kanalın jurnalisti Rikardo Sierraya komandanın heç bir oyunçusu danışmayıb. Məlumata görə, buna Parisdəki matçdan əvvəl telekanalın alman şərhçisi Herman Burqosun “Barselona”nın gənc futbolçusu Lamin Yamal barədə  uğursuz şərhi səbəb olub.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin sabiq köməkçisi olan və hazırda “Movistar+”la əməkdaşlıq edən Burqos canlı yayımda şərh zamanı deyib: "Futbolda Yamal üçün hər şey qaydasında getməsə, o, dilənməyə başlayacaq”.

Bildirilir ki, Burqos kataloniyalı cinah oyunçusundan üzr istəməyib və 
açıqlamasını zarafat adlandırıb.

16 yaşlı vinger Yamal bu mövsüm  "Barselona"nın heyətində bütün turnirlərdə 41 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.