https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
30 Aprel 2024

Ramil Şeydayev "Kocaelispor"da ilk qolunu vurdu

Ramil Şeydayev "Kocaelispor"da ilk qolunu vurdu

Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" evdə  "Giresunspor"la üz-üzə gəlib. Matçda "Kocaelispor" 2:0 hesablı qələbə qazanıb.

Ramil bu oyunda meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçu fərqlənməyi də bacarıb. O, 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubundakı ilk qolu olub. "Kocaeispor"un digər qolunu isə 76-cı dəqiqədə Daniel Kandeyas vurub.

Qeyd edək ki, hazırda 52 xalı olan "Kocaelispor" turnir cədvəlində 4-cüdür.

Xatırladaq ki, Ramil bu qış Türkiyə təmsilçisinə keçib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.